“Ukraynada Rusiya üçün heç bir təhdid olmamalıdır” - Lavrov

ukraynada-rusiya-ucun-hec-bir-tehdid-olmamalidir
Oxunma sayı: 3036

“Ukrayna ərazisində Rusiya üçün heç bir təhdid olmamalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə Moskvadakı görüşündən sonra mətbuat konfransında deyib.

Lavrov Qətərin Rusiya və Ukraynanın təhlükəsizliyi də daxil olmaqla, ortaq Avropa təhlükəsizliyi ilə bağlı məsələlərdə razılığa gəlinməsi istəyini yüksək qiymətləndirdiklərini bildirib.