Ukraynada rusiyalı polkovnik-leytenant öldürüldü - Foto

ukraynada-rusiyali-polkovnik-leytenant-olduruldu
Oxunma sayı: 3564

Ukraynada Rusiya ordusunun polkovnik-leytenantı Georgi Petrunin öldürülüb.

Bu barədə “Qafqazinfo” “InformNapalm” birliyinə istinadən xəbər verir.

Eyni zamanda Samaranın hərbi komendantı olan Petruninin Çeçenistan və Suriyada hərbi təcrübəsi var idi.

“Komsomolskaya pravda” nəşri isə xəbər verir ki, hərbçi hələ martın sonunda həlak olub, aprelin 5-də Volqoqradda dəfn olunub.