Ukraynada Rusiyanın adının dəyişdirilməsi ilə bağlı petisiya başladıldı

Ukraynada Rusiyanın adının dəyişdirilməsi ilə bağlı petisiya başladıldı
Oxunma sayı: 2715

Ukraynada Rusiya adının “Moskoviya” olaraq dəyişdirilməsinə çağırışla bağlı petisiya başladılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, sözügedən petisiya Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında yerləşdirilib.

Həmçinin oxuyun: На ЧМ болельщик поблагодарил своего босса - Фото

Petisiyada “Rusiya” adının rəsmi olaraq “Moskoviya”, “rusiyalı” termininin isə “moskvalı” kimi dəyişdirilməsi təklif olunur.

Petisiyanın müəllifi hesab edir ki, dövlətin adının rəsmi olaraq dəyişdirilməsi beynəlxalq səviyyədə güclü informasiya gedişidir.

Qeyd edək ki, cari ilin yanvar ayında Kiyev Şəhər Şurasında Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsi təklif edilib.