Rusiya Silahlı Qüvvələrinin daha bir generalı Ukraynada öldürülüb.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirilən brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, sözügedən şəxs Rusiyanın Cənub Hərbi Dairəsinin 49-cu ümumqoşun ordusunun komandanı general-leytenant Yakov Ryazantsevdir.
Bildirilir ki, hadisə Xerson vilayətinin Çernobayevka şəhər tipli qəsəbəsində aerodromda baş verib.
Son xəbərlər
Son Xəbərlər