Ukraynada rusiyayönümlü partiyaların fəaliyyəti qadağan edildi

Ukraynada rusiyayönümlü partiyaların fəaliyyəti qadağan edildi
Oxunma sayı: 1167

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyayönümlü siyasi partiyaların fəaliyyətini qadağan edən qanun imzalayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu haqda Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirya məlumat yayıb.

O qeyd edib ki, qanun dərc edildiyi gündən bir gün sonra qüvvəyə minəcək.

Qeyd edək ki, qanun mayın 1-i qəbul edilib. Müvafiq qərarın qəbul edilməsinə 330 deputat səs verib.