“Qafqazinfo”nun RİA Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya tərəfdarları Ukraynanın şərq regionlarında, xüsusilə Donetsk, Luqansk, Xarkov şəhərlərində mitinq keçirib. Onlar regionlar üçün geniş səlahiyyət istəyirlər, regionların statusuna dair referendumların keçirilməsini tələb edirlər.
Ukraynanın Nikolayev şəhərində prezidentliyə namizədi Oleq Tsarev seçkilərin baş tutmayacağını hesab edir. O, bu haqda məlumatı cümə günü Donetskdə Ukrayna federasiya tərəfdarlarına bildirib:
"Əminəm ki, seçkilər baş tutmayacaq. Bunun üçün əlimdən gələn hər şeyi edirəm və bu mənim üçün çox sadədir. Başqa zaman bunun üstündən keçərdim, məni Kiyevin hər hansı bir yerində tutardılar və bütün bunlar tez bitərdi."
Turan