Ukraynada şəhər meri güllələnərək öldürüldü

ukraynada-seher-meri-gullelenerek-olduruldu
Oxunma sayı: 5921

Rusiya hərbçiləri Qostomel şəhərinin meri Yuri Prilipkonu güllələyiblər.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, merdən əlavə, onun tabeliyindəki iki nəfər - Ruslan Karpenko və İvan Zarey də qətlə yetirilib. Onların humanitar yardım gətirərək insanlara çörək və dərman payladığı bildirilir.

Vəziyyəti nəzərə alaraq, Qostomel sakinlərini dəfn mərasiminə dəvət etmirlər.