Ukraynada təyyarə evin damına düşdü - Ölənlər var

ukraynada-teyyare-evin-damina-dusdu
Oxunma sayı: 2059

Ukraynada kiçik bir təyyarə evin damına düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Prikarpatya bölgəsində baş verib.

Qəza nəticəsində dörd nəfər həyatını itirib.

Bölgəyə çox sayda xilasedici və polis cəlb edilib.

Təyyarənin düşməsi nəticəsində evdə yanğın baş verib. Briqadalar yanğının söndürülməsinə cəlb edilib.