Ukraynada təyyarənin leyləklə toqquşması pilotun ölümünə səbəb oldu

ukraynada-teyyarenin-leylekle-toqqusmasi-pilotun-olumune-sebeb-oldu
Oxunma sayı: 3413

Ukraynanın Xmelnitski vilayətində pilot bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Strana.ua” nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təlim uçuşu zamanı leylək L-39 təyyarəsini vuraraq pilotlardan birinin görmə sahəsini bağlayıb. Pilot paraşütü açmaq istəsə də, aşağı hündürlükdə olduğundan tam açılmağa vaxt tapmayıb və o, yerə yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Mənbənin sözlərinə görə, kabinədə qalan ikinci pilot təyyarəni endirməyi bacarıb.