Ukraynanın Xarkov şəhərində iki türk tələbə qız qaldıqları evdə ölü halda tapılıblar.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, 3 gündür rəfiqələrindən xəbər ala bilməyən qız polisə müraciət edib.
Tələbələrin qaldığı evə gedən polis onların cəsədləri ilə qarşılaşıb. Hər iki gənc qətlə yetirilib.
Öldürülənlərdən birinin bir neçə gün əvvəl keçmiş sevgilisi tərəfindən izlənildiyi barədə ailəsinə şikayət etdiyi məlum olub. Həmin oğlan artıq polis tərəfindən sorğuya cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər