Ukraynada koronavirusa yoluxanların sayı 16-ya yüksəlib. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Daha əvvəl 14 nəfərin yoluxduğu xəbər verilirdi, onlardan 10-u Çernovitsk vilayətindədir, ikisi dünyasını dəyişib.
“Ukraynada 16 COVID-19-a yoluxma halı qeydə alınıb: Çernovitsk (10), Jitomir (1), Kiyevsk (2), Donetsk (1) vilayətləri və Kiyev şəhəri (2)”, - Səhiyyə Nazirliyi Teleqramda yazıb.
Son xəbərlər
Son Xəbərlər