Ukraynada virusdan ölənlərin sayı artdı

ukraynada-virusdan-olenlerin-sayi-artdi
Oxunma sayı: 2146

Ukraynada koronavirusa yoluxanların sayı 418-dən 475-ə yüksəlib, infeksiya qurbanlarının sayı 10-a çatıb, 6 nəfər sağalıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Belə ki, Ukraynada son 12 saat ərzində 57 yeni yoluxma, 1 yeni ölüm faktı təsdiqini tapıb.

Daha əvvəl 9 nəfərin öldüyü, 5 nəfərin sağalması barədə xəbər verilirdi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Bütün dünyada indiyədək 634 mindən çox yoluxma, 30 minə yaxın ölüm faktı təsdiqini tapıb.