Ukraynada Xocalı soyqırımı abidəsi ucaldılacaq

ukraynada-xocali-soyqirimi-abidesi-ucaldilacaq
Oxunma sayı: 742

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə Ukraynanın Sumı şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Ölkəmizin Ukraynadakı səfirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, anım mərasimində iştirak edən Sumı vilayətinin qubernatoru, deputatlar, elm və mədəniyyət xadimləri, gənclər, diaspor və media təmsilçiləri əvvəlcə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov çıxış edərək Sumı şəhərinin mərkəzində Xocalı soyqırımı abidəsinin ucaldılması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb.

Tədbir iştirakçıları Xocalı soyqırımını özündə əks etdirən sənədli filmə baxmaqla ermənilərin şaxtalı fevral gecəsində günahsız insanlara, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar.