Ukraynada yoluxanların 672-si azyaşlıdır

ukraynada-yoluxanlarin-672-si-azyaslidir
Oxunma sayı: 855

Ukraynada bir gecədə koronavirusa yoluxanların sayı daha 456 nəfər artaraq 9 866-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov açıqlama verib.

Ümumilikdə COVID-19-a yoluxanlar arasında  672 nəfərin azyaşlı, 1 976 nəfərin isə tibb işçisi olduğu bildirilib. Gün ərzində daha 11 nəfərin xəstəlik səbəbindən həyatını itirməsi ilə xəstəlikdən ölənlərin ümumi sayı 250-yə çatıb.

1103 pasiyent isə müalicə olunaraq sağalıb.