Ukraynadakı hadisələrə təsirli klip həsr etdi - Video

ukraynadaki-hadiselere-tesirli-klip-hesr-etdi
Oxunma sayı: 3370

Tanınmış ukraynalı müğənni Nastya Kamenskix (NK) “Ya – Ukraina” (Mən Ukraynayam) adlı lirik mahnısını və ona çəkilmiş təsirli klipini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, o, mahnıda Ukraynada gedən hərbi əməliyyatlar haqda oxuyur, qeyd edir ki, tezliklə ölkə çiçəklənəcək və düşmən güllələrinin açdığı yaraları sağalacaq.

Klipdə Ukraynada davam edən hərbi əməliyyatlardan görüntülər yer alıb. Sosial şəbəkə izləyiciləri videoya göz yaşlarsız baxmağın mümkün olmadığını qeyd ediblər.

“Ukraynalılar! Hər gün daha çox ağrıyır, amma biz hamısına dözəcəyik! Biz güclüyük. Bu günlərdə əbədiyyata qovuşan heç kimi unutmayacağıq! Nə qədər ağır olursa olsun, dözürük! Bu gün hər birimiz – Ukraynayıq!”, - instaqramda “Ya – Ukraina” mahnısına çəkilmiş klipini təqdim edən Kamenskix yazıb.

Qeyd edək ki, mahnının müəllifi müğənninin həyat yoldaşı Potapdır (Aleksey Potapenko).

Videonu buradan izləyə bilərsiniz