Ukraynadakı hərbi əməliyyatlarda ölən uşaqların sayı açıqlandı

ukraynadaki-herbi-emeliyyatlarda-olen-usaqlarin-sayi-aciqlandi
Oxunma sayı: 2111

Rusiyanın hərbi müdaxiləsinin başladığı vaxtdan Ukraynada azı 501 uşaq öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel məlumat verib.

Rassel bildirib ki, əsl rəqəm BMT-nin təsdiq etdiyindən xeyli yüksəkdir.

UNICEF-in icraçı direktoru əlavə edib ki, hərbi əməliyyatlar zamanı 1 000-ə yaxın ukraynalı uşaq yaralanıb.