Ukraynadakı müharibə Almaniyaya 175 milyard avroya başa gələcək

ukraynadaki-muharibe-almaniyaya-175-milyard-avroya-basa-gelecek
Oxunma sayı: 2577

Almaniyanın 2023-cü ildə Ukraynadakı müharibə səbəbindən artım itkiləri 175 milyard avro təşkil edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya İqtisadiyyatı İnstitutunun (IW) araşdırmasının nəticələri sübut edir.

Materialda qeyd olunur ki, Ukrayna müharibəsi ilə bağlı təhdidlər təxminən 175 milyard avro əlavə dəyərə başa gələcək ki, bu da qiymətlərə uyğunlaşdırılmaqla ÜDM-in təxminən 4,5%-nə uyğundur.