Ukraynadakı müharibədə 220-dən çox uşaq ölüb

ukraynadaki-muharibede-220-den-cox-usaq-olub
Oxunma sayı: 667

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində bu günə qədər 220-dən çox uşaq həlak olub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Ukraynanın insan haqları üzrə ombudsmanı Lyudmila Denisova 24 fevral tarixindən etibarən 221 uşağın öldüyünü və 408-nin yaralandığını açıqlayıb.

“İşğalçı qüvvələrin Ukrayna şəhərlərində aktiv döyüşlər aparması səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil”, - deyə Lyudmila Denisova öz teleqram kanalında yazıb.

Nəzrin Cavadzadə