Ukraynadakı müharibədə ölən uşaqların sayı açıqlandı

ukraynadaki-muharibede-olen-usaqlarin-sayi-aciqlandi
Oxunma sayı: 1544

Ukraynada müharibə nəticəsində 563-dən çox uşaq zərər çəkib, 202 uşaq həlak olub, 361-dən çox uşaq yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, bu rəqəmlər yekun deyil. Aktiv döyüş əməliyyatları aparılan ərazilərdə ölüm hallarının dəqiq sayı bilinmir.