“Ukraynadakı müharibədə tərəf olmayacağıq”

ukraynadaki-muharibede-teref-olmayacagiq
Oxunma sayı: 2947

“Türkiyə Ukraynadakı münaqişədə iştirak etmək niyyətində deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Newsweek” jurnalına açıqlamasında deyib. 

“Biz bu müharibədə tərəf olmayacağıq”, - deyə Ərdoğan NATO təlimçilərinin və hərbçilərinin Ukrayna göndərilmə ehtimalı ilə bağlı müzakirələri şərh edərkən deyib. 

Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür.