“Ukraynadakı münaqişə hələ 3 il davam edə bilər”

ukraynadaki-munaqise-hele-3-il-davam-ede-biler
Oxunma sayı: 1506

“Ukraynadakı münaqişə hələ gələcək 3 il ərzində davam edə bilər”. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin müdafiə nazirinin müavini Kolin Kal Konqresdə dinləmələr zamanı deyib.

“Biz münaqişənin inkişaf trayektoriyasını bilmirik. Münaqişə 6 aydan sonra da başa çata bilər, 2 və ya 3 ildən sonra da”, - deyə Kal qeyd edib.