Ukraynadakı münaqişənin həllinə mane olan əsas problemi açıqladı

ukraynadaki-munaqisenin-helline-mane-olan-esas-problemi-aciqladi
Oxunma sayı: 4288

“Biz Ukrayna ilə bağlı dialoqa açığıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri ərəfəsində “Xinhua” agentliyinə müsahibəsində deyib.

“Lakin bu, sözügedən münaqişədə iştirak edən ölkələrin, o cümlədən bizim maraqlarımızı nəzərə alan danışıqlar olmalıdır”, - deyə Rusiya lideri qeyd edib.

Onun sözlərinə görə, danışıqlar qlobal sabitlik, eləcə də təhlükəsizlik zəmanətləri məsələlərinə aid olmalıdır. Putinin fikrincə, təhlükəsizlik zəmanətlərinin etibarlılıq məsələsi potensial danışıqların əsas problemidir: “Bu, onunla əlaqədardır ki, Qərb ölkələri beynəlxalq hüquqa əsaslanan tənzimləməyə deyil, mövcud siyasi konyukturadan asılı olaraq dəyişən qaydalara əsaslanan tənzimləməyə üstünlük verirlər”.

Qeyd edək ki, Putin mayın 16-da Çinə səfər edəcək.