Ukraynadakı separatçıları Haaqa Tribunalı gözləyir

ukraynadaki-separatcilari-haaqa-tribunali-gozleyir
Oxunma sayı: 946


“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi xəbərə görə, bunu BMT-nin insan haqları üzrə ali komissarı Havi Pilley separatçı bölgələrdə insan haqları ilə bağlı durumu şərh edərkən bildirib. 

“Əgər onlar bunu etmirsə, o zaman beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb oluna bilərlər. Haaqadakı Beynəlxalq Məhkəmə bu qruplara münasibətdə də fəaliyyət göstərir”, - deyə Pilley xəbərdar edib.

Ali komissarın sözlərinə görə, separatçılara təsir imkanları olan bütün hökumətlər bunu etməlidirlər. “BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı separatçıların əksər liderlərini xəbərdar edir ki, beynəlxalq hüququn pozulması nəticələr və məsuliyyət doğuracaq”, - əlavə edib BMT yetkilisi. 

Ali komissar Ukraynada insan haqlarının genişmiqyaslı pozuntu hallarının artıq sənədləşdirildiyini də söyləyib.