Ukraynadan Avropaya bu qədər qaçqın gedib

Ukraynadan Avropaya bu qədər qaçqın gedib
Oxunma sayı: 2299

Rusiya-Ukrayna müharibəsi başlayandan Avropada təxminən 4 milyon 823 min ukraynalı qaçqın qeydiyyatdadır.

“Qafqazinfo” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.

Hazırda müvəqqəti müdafiə statusuna malik qaçqınların ən çoxu Polşadadır - 1 milyon 563 min. Qaçqınların sayına görə Almaniya ikinci yerdə (881 min), Çexiya isə üçüncü yerdədir (485 min).