Ukraynadan Azərbaycana qayıdan 29 nəfərdə koronavirus aşkarlandı

Ukraynadan Azərbaycana qayıdan 29 nəfərdə koronavirus aşkarlandı
Oxunma sayı: 2380

Ukraynadan Azərbaycana qayıdan 29 nəfərdə koronavirus aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Məlum olduğu kimi, mövcud qlobal COVID-19 pandemiyası çərçivəsində Azərbaycan Respublikasının xarici ölkələrdə olan və ölkəyə geri qayıtmaq istəyən vətəndaşlarının təxliyəsi davam etdirilir. Bu ilin 14 may tarixində AZAL-ın Kiyev-Bakı çarter reysi ilə 197 vətəndaşımız ölkəyə geri dönüb. Vurğulamaq istərdim ki, geri qayıdan vətəndaşlarımızın hamısı müvafiq müayinədən keçirilib, karantin rejiminə alınıb. Təəssüflə bildirmək istərdik ki, müayinə nəticəsində geri qayıdan vətəndaşlarımızdan 29-da COVID-19 testi müsbət nəticələnib. Hazırda bu vətəndaşlarla əlaqədar zəruri tibbi müdaxilə edilir və təbii ki, onların təmaslarının da karantin rejimində nəzarəti və müayinəsi həyata keçirilir", - deyə o, qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi