Ukraynadan daha iki gəmi yola düşəcək

ukraynadan-daha-iki-gemi-yola-dusecek
Oxunma sayı: 822

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukraynanın Çernomorsk şəhərindən iki gəminin göndərilməsinə icazə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, 70 min ton ərzaq yükü olan gəmilərin yola salınması bu günə planlaşdırılır.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.

Bundan əvvəl Mərkəz Ukraynadan taxıl daşıyan “Polarnet” və “Rojen” quru yük gəmilərinin Bosfor boğazından keçməsinə icazə vermişdi.