Ukraynadan gətirilən bu məhsulun satışına icazə verilmədi

ukraynadan-getirilen-bu-mehsulun-satisina-icaze-verilmedi
Oxunma sayı: 3939

Ukraynadan Azərbaycana idxal edilən 24 ton qoz ləpəsinə AQTA tərəfindən baxış keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Oyl Trade 2000” MMC-nin istehsalı olan və ölkəyə fiziki şəxs İbrahimov Üzeyir İbrahim oğlu tərəfindən gətirilən məhsula baxış zamanı qoz ləpəsində kif göbələkləri aşkar olunub.

Bu da məhsulların texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığını göstərir.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.