Ukraynanın Vaşinqtondakı səfiri Valeriy Çalıy Krım Rusiya torpağı kimi göstərən “Google” şirkətinə səhvini düzəltmək üçün müraciət edib.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, o, “Google Maps”in aldığı bu qərarın ABŞ rəhbərliyinə və Konqresinə, BMT-nin qətnamələrinə zidd olduğunu bildirib.
Şirkətdən səfirin müraciətinə hələlik rəsmi mövqe bildirilməyib.
Qeyd edək ki, 5 martda “Google” şirkəti “Ölkələr yerləşdikləri torpaqlarda idarəetmə ünsürlərinə tabedir” şəklində açıqlama yayaraq, Krımı Rusiya torpağı olaraq göstərməyə başlayıb.
Son xəbərlər
Son Xəbərlər