Ukraynadan Polşaya gedən qaçqınların sayı açıqlandı

ukraynadan-polsaya-geden-qacqinlarin-sayi-aciqlandi
Oxunma sayı: 1709

Rusiyanın hərbi əməliyyatı səbəbindən Ukraynadan Polşaya gedən qaçqınların sayı 1,3 milyonu ötüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın Sərhəd Xidməti yayıb.

“Fevralın 24-dən etibarən Ukraynadan Polşaya 1,33 milyon şəxs gəlib”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, son günlər Polşaya gələnlərin 93%-i Ukrayna, 1%-i Polşa, 6%-i isə digər ölkələrin vətəndaşlarıdır. Bununla yanaşı, ölkəyə gələnlərin 90%-i uşaqlı qadınlar olub.