“Ukraynadan 9500-ə yaxın Azərbaycan vətəndaşı qonşu ölkələrə təxliyə olunub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
“Martın 5-i səhər saatlarına olan məlumata görə 9 500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə edilib. Ən çox vətəndaşımız Ukrayna-Moldova sərhədini, ondan sonra isə Ukrayna-Polşa sərhədini keçib. Dövlət başçısının tapşırığına əsasən indiyədək Rumıniyanın Yassı şəhərinə gündəlik əsaslarla çarter reysi təşkil olunub. Bu gün səhərə olan məlumata görə 1 111 nəfər vətəndaş Azərbaycana gətirilib.
Bu gün, həmçinin Polşanın Kotavitsa şəhərinə, Rumıniyanın Buxarest şəhərinə reys olacaq. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir. Avtobuslarla təxliyə olunanlar var. Artıq avtobuslardan istifadə edib Azərbaycan tərəfinə keçənlərin sayı da 150-ni keçib”, - deyə Bayramov qeyd edib.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər