Ukraynalı deputat ev dustaqlığına məhkum edildi

ukraynali-deputat-ev-dustaqligina-mehkum-edildi
Oxunma sayı: 764

Kiyev Peçersk məhkəməsi millət vəkili Viktor Medvedçuku ev dustaqlığına məhkum edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, deputat dövlətə xəyanətdə və terrorizmə maliyyə dəstəyi göstərməkdə ittiham olunur. O, dekabrın 7-dək ev dustağı olacaq. Məhkəmə qərarının tam mətni isə oktyabrın 18-də elan olunacaq.

Bundan başqa, Medvedçuk yaşadığı yeri tərk edə bilməz, yaşayış yerinin dəyişdirilməsi barədə müstəntiqə və ya prokurora məlumat verməli, həmçinin xaricə səyahət üçün sənədlər təqdim etməlidir.

Medvedçuk qərardan sonra jurnalistlərə açıqlamasında tam mətn elan olunduğu zaman apellyasiya qərarını bildirəcəyini deyib.

Qeyd edək ki, Medvedçuk dövlət sirlərini Rusiya xüsusi xidmət orqanlarına ötürməkdə ittiham edilir.