Ukraynalı deputat koronavirusa yoluxdu

Ukraynalı deputat koronavirusa yoluxdu
Oxunma sayı: 645

Ukrayna Ali Radasının “Xalqın xidmətçisi” fraksiyasından olan deputatı Yuri Aristov koronavirusa yoluxub. “Qafqazinfo” bildirir ki, bu barədə fraksiya rəhbərinin müavini Yevgeniya Kravçuk Feysbuk hesabında məlumat verib.

“O, özünü yaxşı hiss edir, simptomlar yüngüldür”, - o yazıb.

Ukrayna Səhiyyə Nazirliyinin ən son məlumatlarına görə, ölkədə koronavirusa 20 148 yoluxma halı qeydə alınıb, onlardan 588-i vəfat edib, 6 585-i sağalıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi