“Neftçi” heyətini ukraynalı futbolçu ilə gücləndirir. “Qafqazinfo” xəbər verir ki, bakılıların anlaşdığı Kiyev "Dinamo"sunun yetirməsi Kirill Petrovdu.
13 yaşında “Dinamo”nun düşərgəsinə qoşulan müdafiəçi 3 ildən sonra Kiyev təmsilçinin gənclərdən ibarət komandasında çıxış edib. O, 2009-cu ildən əsas komandaya cəlb olunsa da, növbəti illərdə “Krivbass” və “Qoverla”ya icarəyə verilib. Müdafiəçi 2013-cü ildən Kiyev “Arsenal”ı, bir il sonra Polşa “Korona”sı, 2015-ci ildə isə Qazaxıstanın “Ordabası” klublarında forma geyinib.
Onun sonuncu komandası isə Ukrayna “Olimpik”i olub. Petrov 2016-cı ilin fevralından çıxış etdiyi Donetsk klubu ilə yollarını dünən ayırıb. 26 yaşlı oyunçu əvvəllər Ukraynanın U-19 və U-21 yığmalarında da forma geyinib. Petrov bu gün “Neftçi”nin Türkiyənin Antalya bölgəsindəki düşərgəsinə qoşulacaq və ilyarımlıq müqaviləyə imza atacaq.
Son xəbərlər
Son Xəbərlər