Ukraynalı futbolçu Rusiya klubuna keçdi

Ukraynalı futbolçu Rusiya klubuna keçdi
Oxunma sayı: 1863

Ukraynalı futbolçu Aleksandr Masalov Rusiyanın “Ufa” klubu ilə müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, Masalov azad agent kimi heyətə qatılıb. 

Qeyd edək ki, A. Masalov ötən mövsümü Ukraynanın “Desna” klubunda keçirib.