Ukraynalı hərbçilər Novodarovka kəndini azad edib

ukraynali-herbciler-novodarovka-kendini-azad-edib
Oxunma sayı: 1604

Ukraynalı hərbçilər Zaporojye vilayətində Novodarovka kəndini azad edib.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Zaporojyenin Ərazi Müdafiə Briqadası yayıb.

Məlumata görə, sözügedən kənd bir neçə gün əvvəl azad edilib. 

Ukrayna Müdafiə Nazirliyi isə, öz növbəsində, Novodarovkanın azad edilməsi barədə hələ ki rəsmi məlumat yaymayıb.