Ukraynalı məşhur məşqçi ordu sıralarına qoşuldu - Foto

ukraynali-meshur-mesqci-ordu-siralarina-qosuldu
Oxunma sayı: 3667

Ukraynalı məşhur məşqçi, “Şerif” klubunun çalışdırıcısı Yuri Vernidub ordu sıralarına qoşulub. 

“Qafqazinfo” xəbər verir ki, Moldova klubundan müvəqqəti ayrılan mütəxəssis könüllülərə qatılıb. 

56 yaşlı məşqçi Zaporojye şəhərini müdafiə etmək üçün təlimlərdə də iştirak edib. 

Qeyd edək ki, Yuri Vernidubun oğlu Vitali Vernidub “Qəbələ” klubunda oynayıb.