Ukraynalı müğənni hərbi təlimlərə qatıldı, müharibəyə gedəcək - Video

ukraynali-mugenni-herbi-telimlere-qatildi-muharibeye-gedecek
Oxunma sayı: 1378

Tanınmış ukraynalı müğənni, bəstəkar Maks Barskix Ukrayna Silahlı Qüvvələri sıralarında təlim keçməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində etdiyi videomüraciətdə bildirib.

“Kim təsəvvür edə bilərdi? Bir ay əvvəl əlimdə olan tək şey mikrofon idi, amma indi zaman dəyişir”, - deyə o qeyd edib.

Barskixin sözlərinə görə, o, ikihəftəlik təlimdən sonra döyüş bölgəsinə yollanacaq.