Ukraynalı mütəxəssis “Fənərbağça”nın baş məşqçisi ola bilər

ukraynali-mutexessis-fenerbagcanin-bas-mesqcisi-ola-biler
Oxunma sayı: 1708

Macarıstanın “Ferentsvaroş” futbol klubunun baş məşqçisi Sergey Rebrov “Fənərbağça”ya başçılıq edə bilər. “Qafqazinfo” bildirir ki, bu barədə “turkiyegazetesi.com.tr” yazıb.

Mənbənin məlumatına görə, Türkiyə klubu ukraynalı mütəxəssisi baş məşqçi postuna nəzərdən keçirir. Həmçinin istanbullulara Erol Bulut və Nenad Byelitsa başçılıq edə bilər.

Qeyd edək ki, Rebrov “Fənərbağça”da 2002-2004-cü illərdə çıxış edib. 2018-ci ilin avqustundan 46 yaşlı ukraynalı “Ferentsvaroş”a başçılıq edir. Komanda onun başçılığı altında Macarıstan çempionu olub.