Ukraynalı nazir maaşının azlığından şikayətləndi - “4 uşağım var”

Ukraynalı nazir maaşının azlığından şikayətləndi
Oxunma sayı: 2656

Ukraynanın Ədliyyə naziri Denis Malyuska maaşının az olmasından şikayətlənib.

“Qafqazinfo” xəbər verir ki, “24-cü kanal”a müsahibə verən nazir bundan əvvəl daha çox qazandığını deyib. Onun sözlərinə görə, nazir kimi vəzifəsinə başlayanda ilk əmək haqqı 16 min qrivern (təxminən 1152 manat) olub. Ancaq onun aylıq xərcləri 100 min qriven (təxminən 7200 manat) edirmiş.

Malyuska noyabrdan 29 min qriven (təxminən 2100 manat) əmək haqqı alsa da, bu məbləğlə də razı deyil. 

“Maaşım, heç olmasa 80 min qrivenə qədər (təxminən 5760 manat) artmasa, aldığım məbləğ mənə bəs etməyəcək. Çünki 4 uşağım var”, - deyə malyuska bildirib. 

Xatırladaq ki, daha əvəl İqtisadiyyat, ticarət və kənd təsərrüfatı naziri Timofey Milovanov da maaş azlığından gileylənmişdi.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi