Ukraynalı nazir öz ölkəsinin bayrağı önündə şəkil çəkdirmək istəmədi - Foto

ukraynali-nazir-oz-olkesinin-bayragi-onunde-sekil-cekdirmek-istemedi
Oxunma sayı: 2333

Bu gün Parisdə “Normand dördlüyü”nün (Rusiya, Fransa, Almaniya və Ukrayna) növbəti görüşü olub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Ukrayna XİN-i Pavel Klimkin öz ölkəsinin bayrağı önündə deyil, Avropa Birliyinin bayrağı önündə şəkil çəkdirmək istəyib. O, alman xarici işlər naziri Frank Valtern Ştaynmayerlə yerini dəyişmək istəyib.

Klimkin daha sonra Rusiya XİN-i Sergey Lavrovun “Yanaşı durmaq lazımdır” sözlərindən sonra öz ölkəsinin bayrağı önündə, rusiyalı həmkarı ilə yanaşı durub.