Ukraynalı prokurordan Yanukoviçə qarşı - Tərbiyəsizlik

ukraynali-prokurordan-yanukovice-qarsi
Oxunma sayı: 2327

“Ukrayna Baş Prokurorluğunda Viktor Yanukoviçə geri qayıdışı üçün “seksual hədiyyə” var”.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prokuror Vladislav Kuçenko “112 Ukraina” telekanalında çıxışı zamanı bildirib.

“Biz onun üçün hətta, “seksual hədiyyə” hazırlamışıq ki, gəlsin. Təəssüf ki, gəlmir”, - deyə Kuçenko söyləyib.

Xatırladaq ki, bu gün Yanukoviçin vəkili Viktor Şokin bəyan edib ki, onun müştərisi səlahiyyətlərindən imtina etmədiyi üçün əvvəlki kimi Ukrayna prezidenti hesab olunur: “Yanukoviç buna görə də ölkəyə qayıtmaq istəyir” .