Ukraynalı qaçqınları daşıyan avtobus aşdı, yaralılar var

ukraynali-qacqinlari-dasiyan-avtobus-asdi-yaralilar-var
Oxunma sayı: 1751

Polşanın şərqində ukraynalı qaçqınları daşıyan avtobus aşıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Qreben sərhəd keçidindən Lüblinə gedən avtobusda 73 nəfər, o cümlədən 2 sürücü olub. 5 nəfər, o cümlədən 4 uşaq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, son yeddi gün ərzində Polşaya 600 minə yaxın ukraynalı qaçqın keçib.