Ukraynalı sabiq futbolçu cəbhədə həlak olub

ukraynali-sabiq-futbolcu-cebhede-helak-olub
Oxunma sayı: 1909

Ukraynanın “Desna” və “Çerkassı” klublarının sabiq futbolçusu Aleksey Şubin cəbhədə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

Aleksey Şubin 18 noyabr 2024-cü ildə Xarkov vilayətinin Liptsi kəndi yaxınlığında döyüş tapşırığı zamanı həlak olsa da, onun ölümü indi məlum olub.

Qeyd edək ki, 49 yaşlı idmançı Ukrayna Milli Qvardiyasında baş kəşfiyyat çavuşu olub.