Ukraynalı uşaqlar üçün yardım toplamağa başladılar - Video

ukraynali-usaqlar-ucun-yardim-toplamaga-basladilar
Oxunma sayı: 2464

Dünyaca məşhur cütlük Devid və Viktoriya Bekhemlər Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində zərər çəkən uşaqlar üçün yardım kampaniyası başladıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Devid Bekhem instaqram səhifəsində bildirib. O qeyd edib ki, maddi yardım UNICEF-in xeyriyyə fondu ilə birgə toplanılır:

“Analar uşaqları ilə birgə qaçmağa məcburdurlar. Ailələr ayrılıb. Yataqlarından götürülən uşaqlar bir gecədə qaçqın olurlar. Ukraynada münaqişə artıq ikinci həftədir davam edir, ailələrin ehtiyacları kəskinləşir”.

D. Bekhem, həmçinin qeyd edib ki, 7,5 milyon uşaq hazırda təhlükədədir. O, həyat yoldaşı Viktoriya ilə onlar üçün ianə etdiyini deyib, lakin məbləği açıqlamayıb. Devid hər kəsi ukraynalı uşaqlara dəstək olmağa çağırıb.