Bakıda Ukrayna vətəndaşları ilə ruslar arasında dava düşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Səbail rayonunda bir neçə gün öncə baş verib.
Salyan şossesində yerləşən kafedə gecə saat 02 radələrində ailəvi istirahət edən qonşu ölkələrin vətəndaşları mübahisə ediblər.
Nəticədə Ukrayna vətəndaşları 1980-cı il təvəllüdlü Orban İvan İvanoviç, 1979-cu il təvəllüdlü Karijiy İvan İvanoviç, 1985-ci il təvəllüdlü Maritiç İvan İvanoviç dava zamanı rus əsilli 1963-cü il təvəllüdlü Maqoçiy İqor İvanoviç və arvadı 1967-ci il təvəllüdlü Maqoçiy Mariya İvanoviçi döyüblər.
Faktla bağlı araşdırma aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər