Ukraynalılar Kiyevdə rusların 7 tankını ələ keçirdi - Video

ukraynalilar-kiyevde-ruslarin-7-tankini-ele-kecirdi
Oxunma sayı: 3709

Kiyev vilayətinin Mokrets kəndi yaxınlığında baş verən döyüş nəticəsində ukraynalı hərbçilər rus hərbçiləri zərərsizləşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

O bildirib ki, nəticədə rusların 3 tankı, Tor hava hücumundan müdafiə sistemi və 2 MTLB-si (Sovet istehsalı amfibiya tipli zirehli personal daşıyıcı) məhv edilib. Bundan başqa 7 T-72 tankı və 1 döyüş kəşfiyyat maşını ələ keçirilib.