“Ukraynalılar üçün dua edirəm” - Coli

ukraynalilar-ucun-dua-edirem
Oxunma sayı: 2156

Hollivud ulduzu, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Rusiya-Ukrayna müharibəsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.

“Hamı kimi mən də Ukraynadakı insanlar üçün dua edirəm”, - deyən aktrisa vurğulayıb ki, o və onun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsindəki həmkarları regionda məcburi köçkünlərin və qaçqınların qorunması və əsas insan hüquqlarının təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə fokuslanıblar.

“Biz artıq qurbanlar və təhlükəsiz yer axtarmaq üçün evlərini tərk edən insanlar haqda xəbərləri görmüşük. Nəyin baş verəcəyini indidən demək çox tezdir, amma bu anın Ukrayna xalqı və beynəlxalq qayda-qanun üçün əhəmiyyətini olduğundan daha çox qiymətləndirmək mümkün deyil”, - Coli qeyd edib.