Ukraynalılara dəstək üçün lüks avtomobilini satır - Fotolar

ukraynalilara-destek-ucun-luks-avtomobilini-satir
Oxunma sayı: 3353

Hollivud ulduzu Riçard Gir Ukrayna xalqına kömək etmək üçün özünün “Jaguar XK8” kabrioletini satmaq qərarına gəlib.

“Qafqazinfo” “Seqodnya.ua”ya istinadən xəbər verir ki, 1999-cu ildə istehsal olunmuş sözügedən bu avtomobil artıq xeyriyyə hərracına çıxarılıb. Kabriolet üçün ilkin təklif 29 min dollar təşkil edir.

Məlumata görə, ulduz aktyor “Jaguar XK8”in yeganə sahibi olub və bu avtomobil ilə heç vaxt qəzaya düşməyib. 

Avtomobilin satışından əldə olunan gəlir qeyri-kommersiya təşkilatları olan “World Central Kitchen” və “Open Arms Ukraine” arasında bölüşdürüləcək. Hər iki təşkilat Ukraynadakı müharibədən əziyyət çəkən şəxslərə yardım göstərir.