“Ukraynanı müharibəyə Qərb sövq etdi” - Lukaşenko

ukraynani-muharibeye-qerb-sovq-etdi
Oxunma sayı: 1879

“Belarus öz sərhədçilərini Donbas-Rusiya sərhədinə göndərməyə hazır idi, lakin Ukrayna bu təklifdən imtina etdi”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.

“Ukrayna ilə Rusiya arasındakı münaqişə ərəfəsində mən orada müharibənin olmaması və sülhün olması üçün hər şey edirdim. Hətta Donbasla Rusiya arasında sərhədi bağlamağa da hazır idim. Bilirsiniz, 400 kilometr - mən bu sərhədi öz sərhədçilərimlə bağlamağa və Ukraynaya başqa kömək etməyə hazır idim. Rusiya da bununla razılaşdı. Ukrayna isə imtina etdi. Niyə? Çünki onları bu müharibəyə Qərb sövq edirdi”, - deyə Lukaşenko bildirib.