Ukraynanın Aİ-yə qəbul olunmasına dair ərizə nəzərdən keçirilir

ukraynanin-ai-ye-qebul-olunmasina-dair-erize-nezerden-kecirilir
Oxunma sayı: 1244

Hazırda Ukraynanın sürətləndirilmiş prosedur üzrə Avropa İttifaqına üzv qəbul olunmasına dair ərizəyə baxılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak öz tviter hesabında yazıb.

“Dünən Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin sürətləndirilmiş prosedur əsasında Avropa İttifaqına daxil olması barədə ərizə imzalayıb. Ərizə qəbul olunub və hazırda nəzərdən keçirilir”, - deyə Yermak qeyd edib.